18 Mart 2015 22:03
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın yeni baş naziri Aleksis Çipras ilk dəfə Afina küçələrini gəzməyə çıxıb.

ANS PRESS-in məlumatına görə, Çiprasın sadə adamlarla səmimi söhbəti diqqətdən qaçmayıb.

Avropa Birliyini sərt tənqid etdiyi üçün istefa verəcəyi deyilən maliyyə naziri Yanis Varufakislə birgə Afina küçələrində gəzərək balıq restoranı "Musique Cafe"yə gedib.

İşıqforun işıqlarında dayanan baş nazir yanından keçən bir vətəndaşa yol verməklə bərabər küçədə siqaret çəkən üç qıza gülərək "Uşaqlar, bu siqareti çəkməyin" deyə müraciət edib. Həmçinin baş nazir bir kafe qabağında ayağını ayağı üstə sallayıb oturan bir yunana salam verib və onunla söhbət edib.

Maraqlıdır ki, həmin yunan qarşısındakının baş nazir olmasına baxmayaq oturuşunu dəyişdirməyib. Çiprasın da bundan narahat olmaması müşahidə olunub.














Müəllif:

Oxşar xəbərlər