Pentaqon "Əş Şəbab" qruplaşmasının Somalidəki liderinin məhv edildiyini açıqlayıb. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.
Adnan Qaraar pilotsuz təyyarənin zərbəsi ilə öldürülüb. Zərbə terror qruplaşması başçısının hərəkət etdiyi avtomobilə endirilib.
Qaraar Nayrobidəki ticarət mərkəzinə 67 nəfərin ölümü ilə nəticələnən terror hücumunda şübhəli bilinir.