19 Mart 2015 11:43
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Yaponiya son dörd il ərzində ilk dəfə müdafiə və xarici işlər nazirliklərinin təmsilçiləri səviyyəsində danışıqlar keçirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqlar 2011-ci ildə Çinin Dyaoyuydao adlandırdığı Senkaku adaları ilə bağlı yaranmış ərazi mübahisələrinə görə dayandırılıb.

Bundan başqa Pekin Tokionun İkinci Dünya müharibəsi illərində həyata keçirdiyi aqressiyaya görə üzr istəməli olması ilə bağlı iddialar irəli sürüb.

Bununla yanaşı, hər iki tərəf dinc münasibətlərin davam etdirilməsi üçün səmimi dialoqun zəruri olduğunu vurğulayır.

Samir


Müəllif:

Oxşar xəbərlər