Bu gün baş verən Günəş tutulmasını smartfonla çəkənlər kor olmaq riski ilə üzləşiblər.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, artıq bununla bağlı həkimə müraciət edənlər var. Ekspertlər öncədən Günəşlə selfi çəkməyin təhlükəli olduğunu bildiriblər. Kameranı hətta qısa müddət ərzində Günəşə fokuslamaq gözün arxa divarında yanıqların yaranmasına səbəb olur.
Ekspertlər Günəşə dəliklərdən baxmağı və ona üz tutmamağı məsləhət görürlər: “1999-cu ildə böyük tutulma baş verərkən hələ selfie çəkə bilən smartfonlar yox idi. İndi isə adamlar bu hadisəni smartfonla çəkmək istəyərkən təhlükəyə məruz qala bilərlər. Günəş tutulması tədricən baş verdiyindən adamlar qeyri-ixtiyari bir müddət birbaşa Günəşə baxa bilərlər. Bu isə təhlükəlidir”.
Samir