2014-cü ilin martında Çinin cənubunda yerləşən Yünnan əyalətinin paytaxtı Kunmingdə qatar stansiyasında baş verən və 31 nəfərin öldüyü hücumda saxlanılan 3 uyğur türkünü edam edilib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Kunming Xalq Məhkəməsi tərəfindən çıxarılan qərarda İsgəndər Ehet, Turqun Tohtunyaz və Həsən Məhəmmədin qəsdən adam öldürməkdə günahlandırıldığı bildirilib.
Qeyd edək ki, hücum zamanı 141 nəfər də yaralanıb.
Samir