İraqın qərbində hökumət qoşunları ilə İŞİD arasında gedən döyüşlər zamanı ən azı 55 nəfər ölüb, 71 nəfər yaralanıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, döyüşlər Ənbar vilayətində baş verib.
İraq ordusu Fəllucə şəhərindən qərbdəki bəzi əraziləri geri qaytara bilib. Eyni zamanda hökumət qoşunları Fəllucədən şimal-qərbdəki daha iki rayonu azad edib.
Nihad