Krım-Tatar icmasının lideri Refat Çubarov Krımn Rusiya tərəfindən ilhaq edilməsindən sonra vəziyyətin pisləşməsinə baxmayaraq soydaşlarını yarmadanı tərk etməməyə çağırıb.
Teleqraf.com-un məlumatına görə, martın 24-də Avropa Parlamentində çıxış edən Çubarov yarımadadakı mövcud vəziyyəti Stalin dövrü ilə müqayisə edib. Onun fikrincə, Krımın ilhaqından sonra tatarların yarımadadan sürgün edilməsi də istisna edilmir.
Qeyd edək ki, Chubarov demək olar ki, hazırda mühacirətdə yaşayır və Rusiya hakimiyyəti onun Krıma girməsini qadağan edib.
Qeyd edək ki, tatarlar Krımın Rusiyaya birləşdirilməsinə qarşıdır.