25 Mart 2015 20:29
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski bu gün hökumətin iclasında həbs edilib. Bu barədə Trend Ukrayna mətbuatına istinadən məlumat verir.

Onun müavini Vasili Stoyetski də iclas zamanı həbs edilib.

Onlar xaricdə qeyri-qanuni valyuta hesablarının açılması və istifadəsində ittiham olunurlar.

İstintaqın məlumatına görə, onlar özəl şirkətdən yüksək qiymətə yanacaq alışını təşkil ediblər. Vəsaitlərin bir hissəsi ofşor şirkətlər vasitəsilə S.Boçkovski və V.Stoyetskinin hesabına köçürülüb.


Müəllif:

Oxşar xəbərlər