25 Mart 2015 22:51
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusunun Türkiyəyə aid bir pilotsuz təyyarəni vurub saldığı iddia edildi.

Rusiyanın rəsmi xəbər agentliyi "Sputnik"in iddiasına görə, Suriyalı hərbi səlahiyyətlisi ordunun dünən Hələb yaxınlarında bir pilotsuz təyyarəni vurduğu barədə xəbər yayıb.

Təyyarənin Türkiyəyə aid olduğuna dair iddia isə Suriya qəzeti "əl Vatan"dan gəlib.

"Əl Vatan" hərbi səlahiyyətlilərin araşdırma nəticəsində təyyarənin Türkiyə Silahlı Qüvvələrinə aid olduğunu təyin etdiklərini yazıb.

Xəbərdə "kəşfiyyat uçuşu" aparan təyyarənin Hələb bölgəsindəki Suriya ordusuna aid hissələrin mövqeləriylə bağlı kəşfiyyat məlumatı topladığı iddia olunub və bildirilib ki, əldə olunan məlumatlar daha sonra suriyalı müxaliflərə çatdırılacaqmış.


Müəllif:

Oxşar xəbərlər