26 Mart 2015 09:54
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Aerokosmik Agentliyi – NASA 2025-ci ildə asteroid üzərinə astronavt göndərəcək.

Qurumun direktor müavini Robert Laytfut bildirib ki, astronavtları Ayın orbitinə yaxın gətiriləcək asteroidin fraqmenti üzərinə göndərmək nəzərdə tutulub. Bu məqsədlə pilotlu “Oiron” kosmik gəmisi istifadə olunacaq.

Amerikalı mütəxəssislər 2020-ci ildə müəyyən bir asteroidə uçan aparat göndərərək onun üzərindəki bir fraqmenti Yerin süni peyki olan Ayın orbitinə tərəf gətirəcəklər. Bu proses 5 il vaxt aparacaq. Yalnız bundan sonra astronavtlar həmin asteroid parçasına doğru uçacaqlar. Layihənin dəyəri 1,25 milyard dollardır. NASA hesab edir ki, bu layihə insanın 2030-cu ildə Marsa uçuşunu həyata keçirmək üçün ilkin mərhələ olacaq./Azertac/


Müəllif:

Oxşar xəbərlər