İraqın və ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri bu gün "İŞİD" terrorçu qruplaşmasının yaraqlılarının Tikritdəki mövqelərini bombalayıb.
ANS PRESS-in məlumatına görə, İraqın Müdafiə Nazirliyinin nümayəndəsi Tahsen İbrahim Sadiqi deyib ki, hədəf İŞİD üzvlərinin baş qərargah kimi istifadə etdiyi prezident sarayı olub. Quru əməliyyatlarında 20 mindən çox İraq əsgəri və şiələr iştirak edir.
Xatırladaq ki, ötən ilin yayından İraq və Suriyanın şimalında "İŞİD" yaraqlıları xeyli ərazini ələ keçirib.
Bunun qarşısını almaq məqsədilə ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya bir neçə ölkə qoşulub və onlar əsasən hava əməliyyatlarında iştirak edirlər.