26 Mart 2015 21:17
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan ərəb ölkələrinin Yəmənə qarşı başladığı hərbi əməliyyata dəstək verib.

Məlumata görə, "France 24" kanalına danışan Ərdoğan Yəməndə baş verənlərdə İranı günahlandırıb: "İran və terrorçu qruplar Yəməndən çəkilməlidir'.

Ərdoğan həmçinin, Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata lojistik dəstək veriləcəyini deyib.

Ərdoğan İranın İraqdakı rolu üçün belə deyib: "İran Mosulda İŞİD-in yerini almamalıdır".

Kürd probleminin həlli ilə bağlı sualı cavablandıran Türkiyə prezidentini Şimali İrlandiya da oduğu kimi PKK ilə qarşıdurmalara getməyəcəklərini bildirib./ans/


Müəllif:

Oxşar xəbərlər