26 Mart 2015 23:58
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

TeamLab studiyası uçan kinetik çiçək sahəsi layihəsi üzərində çalışır.

Teleqraf.com xəbər verir ki, Tokionun National Museum of Emerging Science and Innovation muzeyinin ziyarətçiləri 2300-dən çox uçan çiçəkdən ibarət olan botanik labirintə düşə biləcək. TeamLab-in üzərində işlədiyi installyasiya geniş ağ məkanda yerləşdirilmiş havada uçan böyük kinetik çiçəkliyi nəzərdə tutur.

Botanik labirint həssasdır və insanların peyda olmasına reaksiya verir: insanlar yaxınlaşdıqda çiçəklər yuxarı qalxır və onun ətrafında günbəz yaradır. Konsept müasir insanın rahatlıq və sakitlik içərisində olacağı yer hədəfilə hazırlanıb.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər