30 Mart 2015 19:16
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb liderlərinin hərbi reydləri davam etdirmək məqsədilə Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Husi üsyançılarını məğlub etmək üçün keçən gecədən bəri hava hücumlarını həyata keçirir.

Prezident Əbd-Rəbbi Mənsur Hadinin keçən həftə sülh danışıqlarını pozan husilərə qarşı yardım istəməsindən sonra artıq beşinci gündür hərbi təyyarələr paytaxt Sana və digər bölgələri hədəf alır.

Husilərin sentyabr ayında Sananın nəzarətini ələ almasından sonra cənab Hadi hökumətini qurmaq məqsədilə cənub şəhəri Ədənə qaçmışdı. Keçən həftə isə o, Yəməni tərk edərək, Ər-Riyada getməli olub.

Dünən Ərəb Liqasının baş katibi nabil Ələrəbi deyib ki, cənab Hadinin qanuni hökuməti bərpa olunmalıdır.


Müəllif:

Oxşar xəbərlər