Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində bu gün günorta saatlarında girov götürülən İstanbul prokuroru Səlim Kiraz azad edilib.
Xəbərə görə, hücum zamanı prokuroru girov götürmüş üç terrorçu öldürülüb, prokurorun özü isə yüngül xəsarət alıb.
Əməliyyat zamanı binada atəş və partlayış səslərinin eşidildiyi bildirilir.
Qeyd edək ki, naməlum silahlı şəxslər prokuroru İstanbul prokurorluğunun binasında girov götürmüş və bir neçə şərt irəli sürmüşdülər.
Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş yeniyetmə Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləri idilər.