Üsyançılar Yəmənin Aden şəhərində yerləşən Rusiya baş konsulluğunun binasını ələ keçirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, şahidlər silahlı şəxslər tərəfindən giriş qapısı sındırılan binanın talan edildiyini bildiriblər. Talandan sonra hücumçular şəxsi maşınları ilə hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, yayılan məlumatlarda Rusiyanın Adendə olan baş konsulunun koalisiya qüvvələrinin bombardmanı zamanı xəsarət aldığı bildirilib.
Samir