Türkiyənin diaspor təşkilatları aprelin 5-də ABŞ-ın Vaşinqton, Nyu York şəhərlərində, həmçinin Texas və Massaçusets ştatlarında ermənilərin 1915-ci il qondarma "soyqırım" təbliğatları ilə əlaqədar etiraz aksiyalarına başlayıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalar "Bizi ayırma, birləşdir!" şüarı altında keçirilir.
ABŞ-da 145 Türk-Amerika cəmiyyəti tərəfindən təşkil olunmuş komitə Vaşinqton metrosunun dayanacaqlarında və avtobus xətlərində nəhəng afişa da yerləşdirib.