Kosovanın Skenderay şəhəri yaxınlığındakı Rezall kəndində 1998-ci ildə Serbiya hərbçiləri tərəfindən qətlə yetirilən kosovalıların kütləvi məzarlığı aşkar edilib. Teleqraf.com xəbər verir ki, 17 il öncə öldürülən 28 kosovalı hərbi törənlə dəfn edilib.
Mərasimdə yüzlərlə insan iştirak edib.
Qeyd edək ki, 1998-ci ildə serblər Skenderay və Rezall bölgələrində 98 mülki şəxsi qətlə yetirib. Onlardan 44-nün yeri hələ də müəyyən edilməyib.
Ayxan