8 Aprel 2015 09:52
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada at əti qalmaqalında iştirakı olanlardan biri yaxalanıb.

Hollandiyalı at əti alverçisi Villy Selten sənədləri saxtalaşdırmaqda təqsirli bilinərək iki il yarım müddətinə azadlıqdan məhrum edilib.

45 yaşlı Selten 300 ton at ətini mal əti sənədlərilə satdığına görə 2013-cü ilin mayında saxlanılmışdı. Seltenin vəkili müştərisinin məhkəmə hökmündən şoka düşdüyünü deyib.

Bu qalmaqal 2013-cü ilin yanvarında İrlandiya və Britaniyanın supermarleketlərində at ətindən hazırlanmış burgerlər müəyyən ediləndə başlamışdı. At ətini DNT analizi nəticəsində müəyyən etmişdilər. Bundan sonra 50 min ton ət Avropa boyunca satışdan çıxarılmışdı.

Selten də at ətini mal ətinə qataraq 100 faizli mal əti kimi satırmış.

Məhkəməni aparan hakim deyib ki, Selten bütün Hollandiyanın imicini rüsvay edib.(ans)


Müəllif:

Oxşar xəbərlər