Avropa Parlamentini sabah “Avropa Birliyinə üzv ölkələrinin “erməni soyqırımı”nı tanıması” haqqında məsələ səsə qoyacaq.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin vitse-prezidenti Antonio Tayani bildirib.
O, Türkiyənin bu məsələyə kəskin münasibətinə də fikir bildirib: “Biz indiki deyil, 100 il əvvəlki Türkiyəni cəzalandırırıq. Türklərlə də bağlı belə vəziyyət olsaydı, eyni qərarı verərdik. Türkiyə erməni soyqırımını qəbul etməklə əhəmiyyətini itirmir”.
Samir