15 Aprel 2015 02:34
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondu “World Economic Outlook” (WEO) aprel icmalında Litvanı ilk dəfə inkişaf etmiş ölkələr qrupuna daxil edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Litva bundan əvvəl iqtisadiyyatı inkişaf edən ölkələr sırasında olub.

BVF, bununla belə, ötən ilin oktyabrında Litva və Latviya barəsində iqtisadiyyatın artımı ilə bağlı 2015-ci il üçün verdiyi proqnozu pisləşdirib, Estoniya barəsində isə əvvəlki proqnozu dəyişməz saxlayıb.

BVF-in proqnozuna əsasən, Litvada gələn il iqtisadiyyatın artımı 3,2 faiz səviyyəsində olacaq (əvvəlki proqnozda 3,3 faiz artım müəyyən edilmişdir). 2016-cı ildə inflyasiyanın 2 faiz səviyyəsində olacağı gözlənilir.

İcmala əsasən, Latviyada ÜDM-in bu il 2,3 faiz (əvvəlki proqnozda 3,2 faiz artım müəyyən edilmişdir), 2016-cı ildə isə 3,3 faiz artacağı gözlənilir. İstehlak qiymətlərinin bu il 0,5 faiz qalxacağı proqnozlaşdırılır.


Müəllif: