15 Aprel 2015 11:34
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ərəblərə qarşı nifrət hissi güclənməkdədir. Yəməndəki hadisələrdən sonra iki ölkə arasında gərginlik pik həddə çatıb. Artıq nifaq xalqlar arası münasibətlərə də təsir göstərib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında Həcc ziyarətindən qayıdan iranlı oğlanlara zabitlərin seksual xarakterli hərəkətlərindən sonra İranda antiərəb hissləri açıq müstəviyə keçib.

Prezident Həsən Ruhani olayın araşdırılmasına göstəriş verib. Səudiyyə səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

İranda aksiya keçirən farslar ərəb zabitlərinin edam olunmasını tələb edirlər. Sosial şəbəkələrdə isə ərəblər təhqir olunur. Tvitter və Facebook-da yayılan bəzi “yumşaq” təhqirlərə “kərtənkələ yeyənlər”, “çəyirtkə yeyənlər” və “dəvə südü içənlər” kimi ifadələr daxildir. Farslar ərəbləri “mədəniyyətsiz səhra adamları” adlandırırlar. Farslar düşünürlər ki, 7-ci əsrdə ərəblər İranı işğal etməklə yerli mədəniyyəti çökdürüblər. İranda anti-ərəb düşüncəsi məhz işğal faktoruna və sünni-şiə məzhəbi ayrıseçkiliyinə söykənir.

Ayxan


Müəllif: