15 Aprel 2015 16:48
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ məsələsi həll olunmadan Qafqazda sülh mümkün deyil”

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həll edilməsi üçün təşkil etdiyi danışıqlarda heç bir irəliləyiş yoxdur.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, işğal edilən Azərbaycan torpaqları ilə bağlı Türkiyənin mövqeyi ortadadır: “Biz hər görüşümüzdə bu haqsızlıq və qanunsuzluğu dilə gətiririk. Minsk Qrupu bu problemin həll olunması üçün yaradılıb. Onlar istənilən səyi göstərmir. Biz bundan məmnun deyilik. Azərbaycanın 1 milyondan artıq qaçqını 23 ildir sıxıntı və əzab içində yaşayır. Təəssüf ki, beynəlxalq cəmiyyətdə laqeydlik və ikili standart olduğunu görürük. Bu məsələ həll olunmadan Cənubi Qafqazda sülh və sabitliyin bərpası qeyri-mümkündür. Problemlər həll edilməyincə yeni problemlər ortaya çıxacaq”.

Samir


Müəllif:

Oxşar xəbərlər