Afrikada Ebola virusu yenidən yayılmağa başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qvineyada Syerra Leone sərhədinə yaxın bölgədə daha 9 nəfər virusa yoluxub.
Qvineya Səhiyyə Nazirliyinin nümayəndələri bölgəyə xüsusi qruplar göndərdiklərini bildirirlər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında Afrika ölkələrində yayılan Ebola virusunun 2013-cü ilin dekabr ayından bu zamana qədər 10 min 500-dən çox insanın həyatına son qoyduğu açıqlanıb.
Samir