Səudiyyə Ərəbistanının sərhədində Husilərin 500-dən artıq üzvünün öldürüldüyü xəbəri yayılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Necran və Cazan bölgələrində gedən döyüşlərdə 500-dən çox şiə öldürülüb.
Ümumdünya Səhiyyə Təşkialtı (ÜST) isə gərginlik və ölkədəki qarşıdurmalarda son həftələr ərzində ən az 1000 nəfərin öldüyü, təxminən 1700 nəəfərin yaralandığı açıqlanır.
UNICEF 100 min nəfərin öz ev-eşiyindən məcburi şəkildə didərgin düşdüyünü bildirir.
Qeyd edək ki, Ədən şəhəri hazırda husilərin mühasirəsi altındadır.