Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Şimal Buzli okeanda Norveçə aid Svalbard arxipelağına səfəri iki ölkə arasında narazılığa səbəb olub.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, Ukrayna böhranı səbəbindən Avropa Birliyi və Norveçin sanksiyalar siyahısında adı olan Roqozinin bu səfəri Oslo hakimiyyətinin qəzəbinə səbəb olub. Norveç Xarici İşlər Nazirliyi Rusiyanın Oslodakı səfirini çağıraraq, Moskvadan izahat tələb edib.
Moskva rəhbərliyi baş nazir müavininin adalara səfər etmək hüququnun olduğunu açıqlayıb. Rəsmi Kremldən verilən açıqlamaya görə, Rusiya vətəndaşlarının xüsusi statusa malik arxipelaqlara vizasız giriş hüququ var.
Samir