İngiltərənin paytaxtı Londonun mərkəzi küçələrindən olan Oksfordda İŞİD-i dəstəkləyən elanlar paylayan iki kişi həbs edilib və hakim qarşısına çıxarılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məhkəmədə terror təşkilatı üçün yardım yığmaqda günahlandırılan 62 yaşlı Şah Cahah Xan və 38 yaşlı İbrahim Anderson ittihamı rədd ediblər.
Prokuror Adam Harinson mətbuata açıqlamasında bunları deyib:
“Keçən il avqustun 9-da altı nəfər Oksford küçəsində bir köşk qurdu və elanlar paylamağa başladı. Həmin şəxslərdən ikisinin Anderson və Xan olduğunu düşünürük.
Elanlarda yazılanlarda birbaşa İŞİD-in adı çəkilməyib. Ancaq müraciət etdiyimiz İslam mütəxəssislərinin hamısı elanları İŞİD-in hazırladığını bildirib. Bu elanlarda müsəlmanların vəzifəsinin xilafət üçün işləmək olduğu yazılıb".
Harinsonun sözlərinə görə, vətəndaşlardan biri “Niyə bu elanları paylaşırsınız və niyə İŞİD-ə dəstək verirsiniz” deyə soruşub. Cavabında isə onlar “dinsizlər, kafirlər öldürülməlidir” deyiblər.
Hakim Hovard Riddli isə Anderson və Xanı şərti azadlığa buraxıb.
Məhkmə mayın 15-də davam etdiriləcək.
Rüstəm