Dünya Müsǝlman Alimlǝr Birliyinin sǝdri Yusuf əl Kardavi 1915-ci il hadisǝlǝri ilǝ ǝlaqǝdar Türkiyǝ ǝleyhinǝ keçirilǝn kampaniya vǝ yayımlanan açıqlamaları qınayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Karadavinin rǝsmi internet sǝhifǝsindǝ məlumat yerləşdirilib: “Müsǝlman, inkişaf etmiş vǝ ǝdalǝtli bir ölkǝ olan Türkiyǝni beynǝlxalq mövzulardakı ǝxlaqi rolunu hǝdǝfǝ alan qǝrǝzli açıqlamalar qarşısında dǝstǝklǝyirik. Tarixi tǝhrif edǝrǝk 1915-ci il hadisǝlǝrindǝ ölǝn ermǝnilǝrin sayı böyüdülür, amma bunlarla birlikdǝ ölǝn müsǝlmanların sayı gözdǝn yayındırılır”.
Açıqlamada ayrıca o da vurğulanıb ki, Türkiyǝ hadisǝlǝr barǝdǝ arxivlǝrin müstǝqil tarixşünas vǝ insaflı araşdırmaçılar tǝrǝfindǝn tǝdqiq edilmǝsini vǝ nǝticǝlǝrin ümum ictimaiyyǝtǝ açıqlanmasını istǝyir. Bu dǝvǝtin qǝbul edilmǝmǝsi iddiaların yalandan ibarǝt olduğunun ǝn böyük sübutudur.
Samir