ABŞ prezidenti Fransaya 35 milyon dollar yardım ayrılması barədə göstəriş verib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Fransa bu vəsaiti Afrika ölkələrində - Çad, Mali və Nigeriyada "Boko Haram"la mübarizəyə xərcləyəcək.
Obamanın sərəncamında bildirilir ki, Fransaya bu yardım Pentaqonun hərbi xərclərini ixtisar etmək hesabına veriləcək.
Qeyd edək ki, Fransa 2014-cü ilin avqustundan etibarən "Boko Haram"a qarşı hərbi əməliyyatlar həyata keçirir.
Nihad