Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı aparıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, danışıqların əsas mövzusu Ukrayna böhranı olub. Kerri Minsk razılaşmalarının yerinə yetirilməsinin və bölgədəki vəziyyətin stabilləşməsinin vacibliyini vurğulayıb.
Lavrov isə Luqansk, Donetsk və Kiyev arasında birbaşa dialoqun qurulmasını təklif edib.
Bundan başqa nazirlər Liviya, Yəmən və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Samir