Aprelin 30-da Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 6,8 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar aprelin 30-da yerli vaxtla 20:45-də qeydə alınıb. Zəlzələnin episentri Kokopo şəhərindən 131 kilometr cənub-qərbdə, 60,1 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və tələfat barədə hələ ki, məlumat verilmir. Sakit okean seysmoloji mərkəzinin məlumatına görə, sunami təhlükəsi gözlənilmir.
Qeyd edək ki, Papua-Yeni Qvineya “Sakit okean odlu dairəsi” adlanan yüksək seysmik aktivliyə malik güclü tektonik qırılma zonasının bir hissəsidir.