Hindstanda dəhşətli təcavüz hadisəsi ölümlə nəticələnib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bir neçə oğlan 14 yaşlı qız və anasına təcavüz etdikdən sonra onları hərəkətdə olan avtobusdan atıb. Qız həlak olub, anası isə ağır yaralanıb.
İlkin məlumata görə, ana və qızı qohumlarını ziyarət etməyə gedirlərmiş. Yolda ana sürücüdən avtobusu saxlamasını tələb etsə də, nəticə verməyib. Bu azmış kimi avtobusdakı oğlanlar qadınlara cinsi təcavüz ediblər.
Təcavüzdə şübhəli bilinən 4 nəfər həbs olunub.
Rüstəm