4 May 2015 09:26
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın mərkəzi Hönşü adasında yerləşən İbaraki prefekturasında 4,7 bal gücündə zəlzələ baş verib.

Yaponiya Milli Meteorologiya Xidmətinin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri prefekturanın cənubunda, ocağı isə 52 kilometr dərinlikdə yerləşib. Zəlzələnin təkanları paytaxt Tokio da daxil olmaqla, 11 prefekturada hiss edilib. Sunami təhlükəsi elan olunmayıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir./publika.az/


Müəllif: