5 May 2015 23:24
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti kişilərin dəbli saç düzümü və tatuirovka etdirməsinə qadağa qoyub.

«ABC News»un məlumatına görə, bu qadağaya riayət etməyən salonlar lisenziyadan məhrum ediləcək. Kişi Saç Ustaları Assosiasiyasının rəhbəri Mostafa Govahi bildirib ki, saçların dik göstərən bütün kəsimlər və saç düzümləri qadağandır. Yeni qaydaya görə, iranlı kişilər solyariyə (qeyri-təbii qaralma) də gedə bilməzlər.

Yerli hökumət bütün bunların İslam dəyərlərinə zidd olduğunu bildirib. Son vaxtlar İran gəncləri arasında dəbli saç düzümləri, taturiovka və solyariyə maraq artıb. Bunun qarşısını almaq üçün İran rəhbərliyi dövlət səviyyəsində müdaxiləyə qərar verib.


Müəllif:

Oxşar xəbərlər