6 May 2015 14:58
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyanın paytaxtı Skope şəhərində Nazirlər Kabineti önündə etiraz aksiyası keçirilib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, nümayişçilər bir neçə gün öncə təhlükəsizlik qüvvələri tərəfindən öldürülən Martin Neşkovski adlı gəncin cinayət işi ilə bağlı bəzi detalların gizlədilməsinə qarşı çıxıblar. Aksiyada 3 min insan iştirak edib. Nümayiş iştirakçıları “Qatil hökumət”, “İstefa” və “Rədd olun” şüarlarını səsləndiriblər.

Etirazçılar kabinetin binasına yumurta və daş atıblar. Bu zaman polislə insident yaşanıb. Toqquşmalarda çoxlu sayda polis və nümayişçinin yaralandığı açıqlanıb. Polis aksiya zamanı ən azı 20 fəalın həbs edildiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər