İsveçin cənubunda şist qazının böyük ehtiyatları tapılıb. Bu barədə məlumat “The American Association of Petroleum Geologists Bulletin” jurnalında dərc edilmiş elmi tədqiqatların nəticələrinə dair hesabatda yer alıb.
Tədqiqatları aparan alimlərin fikrincə, şist qazının ehtiyatları təxminən 12 min il bundan əvvəl İsveçin cənubunda yaranıb. Buzlaqların əriməsi və biosfer səviyyəsində mürəkkəb reaksiyalar şist yataqlarının əmələ gəlməsinin əsas səbəbidır. Məsələn, burada şist qazının bəzi yataqları təxminən 300 min il bundan əvvəl yaranıb.
Tədqiqatçılar bildiriblər ki, bu yataqlarda qazı təxminən 100 metr dərinlikdə hasil etmək olar.