7 May 2015 20:24
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran keçən həftə Hörmüz Boğazında ələ keçirdiyi yük gəmisini azad edib, dövlət mediası xəbər verir. İran rəsmi xəbər agentliyi, İranın Limanlar və Dənizçilik Təşkilatındakı mənbəyə istinadən xəbər verib ki, Maersk Tigris “hərəkət etmək üçün azaddır”.

Lakin gəminin operatoru olan Rickmers Gəmi İdarəçiliyindən bildiriblər ki, onlara “gəminin azad olunması ilə bağlı heç nə deməyiblər”.

Marşal Adaları gəmisi və onun 24 nəfərdən ibarət heyəti 28 apreldə İranın patrul qayıqları tərəfindən ələ keçirilib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif keçən həftə bildirib ki, gəmi uzun sürən hüquqi çəkişməyə görə saxlanılıb.

İran məhkəməsi tərəfindən özəl şirkətə zərərə görə gəminin aid olduğu Danimarka gəmiçilik şirkətinə cərimə ödəmək tapşırılıb, cənab Zərif izah edib. Mübahisənin həll olunub-olunmadığı məlum deyil. Çərşənbə günü İran rəsmisinə istinadən xəbər verilib ki, “məsələnin bir-iki günə həll ediləcəyi mümkündür”.

Gəminin dünyanın ən əhəmiyyətli gəmi nəqliyyatı zolağında ələ keçirilməsi hadisəsinin beynəlxalq gərginliyə çevrilmə təhlükəsi olub. ABŞ vəziyyətə nəzarət etmək üçün bölgəyə dağıdıcı USS Farragut göndərib. Maersk bildirib ki, onun gəmisi saxlanılarkən beynəlxalq dəniz yolunda olub, lakin Tehran iddia edir ki, gəmi İranın sularında olub.


Müəllif:

Oxşar xəbərlər