İranın Mahabad şəhərində minlərlə insan etiraz aksiyası keçirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, etirazçılar şəhərdəki yeganə 4 ulduzlu oteli yandırıblar.
Yayılan məlumatlara görə, nümayiş iştirakçıları 25 yaşlı iranlı qıza qarşı cinayət törədən şəxsə ən ağır cəza istəyiblər.
Qeyd edək ki, bu hadisə ötən gün baş verib. Oteldə xadimə işləyən gənc qız otel sahibi tərəfindən təcavüzə məruz qalıb. Bundan sonra qız özünü otelin 4-cü mərtəbəsindən ataraq, intihar edib. Şəhər meri Cəfər Katani zorlama cəhdi barədə məlumatı təsdiqləyib.
Bu olaya etiraz olaraq şəhər əhalisi aksiya təşkil edib. Onlar otelə od vurublar. Təhlükəsizlik işçilərinin aksiyanı dağıtmaq cəhdi toqquşma ilə nəticələnib. Hadisə zamanı çoxlu sayda etirazçı xəsarət alıb.
Katani isə verdiyi açıqlamada xalqı səbrli olmağa və ekspertizanın nəticələrini gözləməyə çağırıb. Şəhərdə vəziyyətin gərgin olduğu qeyd edilib.
Samir