Pakistanın şimalındakı Naltar şəhərində qəzaya uğrayan Pakistan ordusuna məxsus vertolyotun “Taliban” terror təşkilatı tərəfindən vurulduğu bildirilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı terrorçuların nümayəndəsi Məhəmməd Xorasani açıqlama verib. O, Mi-17 tipli vertolyotun raketlə partladıldığını qeyd edib.
Xatırladaq ki, hadisə zamanı 2 pilot, Filippin və Norveçin İslamabad səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həyatını itirib. Polşa və Hollandiya səfirləri isə yaralanıb.
Samir