12 May 2015 12:02
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniya Universitetinin müəllimi vizual sənətlər ixtisası üzrə təhsil alan tələbələrdən imtahan zamanı sinfin ortasında soyunmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan tələbənin baş verənləri anasına bildirməsi qalmaqal yaradıb.

Valideyn müəllimi "şorgözlükdə" günahlandırıb. Ana müəllimin belə bir şey tələb etməsinin əxlaqsızlıq olduğunu deyib.

İncəsənət müəllimi, professor Rikardo Dominqez 11 ildir dərs dediyini və ondan şikayətin olmadığını bildirib. O, "əgər tələbim tələbəni narahat edirsə, onda bu sənəti seçməməli idi" deyib.

Rüstəm


Müəllif: