Pakistanla Əfqanıstan sərhəd bölgəsində yaraqlılara qarşı birgə hərbi əməliyyatlara başlayacaq.
Bu barədə Pakistanın baş naziri Nawaz Sharif mayın 12-də Kabildə Əfqanıstan prezidenti Ashraf Ghani ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
Pakistanın milli təhlükəsialik məsələləri üzrə müşaviri Sartaj Aziz,Ordu rəhbəri Raheel Sharif və kəşfiyyat xidmətinin direktoruRizwan Akhtar da Əfqanıstanda səfərdədir.
Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqlara gəldikdə isə Sharif deyib ki, biz Əfqanıstanın apardığı sülh proqramına sadiqik və Pakistan Əfqanıstanla istənilən əməkdaşlığa hazırdır.
O həmçinin qeyd edib ki, Əfqanıstanda qeyri-sabitliyə yönəlmiş istənilən cəhdlər, bizim sərt cavabımzla üzləşəcək.
Taliban hərəkatı Əfqanıstan hökuməti ilə danışıqlara razılıq versə də qalan ABŞ ordusunun ölkədən çıxarılması da daxil olmaqla, bir sıra şərtlər irəli sürüb.