Makedoniyanın Kumanova qəsəbəsində baş verən silahlı qarşıdurma hökuməti çıxılmaz vəziyyətə salıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəzi dövlət məmurlarının rəsmi telefon danışıqlarını mətbuata sızdırılması və etirazlar ölkədəki vəziyyəti daha da gərginləşdirib. Ölkədə baş verənlərə tab gətirməyən Makedoniyanın Daxili İşlər naziri Qordana Yankulovska və Nəqliyyat və Əlaqələr naziri Mile Yanakievski vəzifələrindən istefa verdiklərini açıqlayıb.
Xatırladaq ki, şənbə günü Makedoniya polisi Kumanovanın Tödei Mendol məhəlləsində silahlı qrupun olduğu evə basqın edib, yaranan atışmalar təxminən 28 saat sürüb. Hadisə nəticəsində 8 polis və 14 təcavüzkar həyatını itirib.
Samir