13 May 2015 16:42
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Kale şəhərində təhlükəsizlik işçilərinin miqrantlara qarşı güc tətbiq etməsi ilə bağlı video görüntülərin yayılması ölkədə ciddi narazılıqla qarşılanıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, videoda miqrantların polis tərəfindən amansızcasına döyüldüyü aydın görünüb. Fransada miqrantların hüquqlarının müdafiəsi üzrə təşkilat tərəfindən yayımlanan görüntülərin mayın 5-də çəkildiyi ehtimal edilir.

Fransanın İnsan Hüquqları üzrə komissarı Jak Tubon miqrantarın döyülməsi ilə bağlı təhqiqat aparacağını bildirib.

Qeyd edək ki, hazırda Kale şəhərində Afrika ölkələrindən gələn 2500 miqrant var.

Samir


Müəllif:

Oxşar xəbərlər