Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mərsin vilayətlərində yerləşən mənzil qərargahlarında partlayış baş verib.
Trend-in məlumatına əsasən, bu barədə Türkiyənin “Hürriyet” qəzeti xəbər verib.
Partlayışlar nəticəsində xəsarət alanlar var.
Bu vilayətlərdə partiyanın rəhbəri Səlahəddin Dəmirtaşın seçkiqabağı mitinq keçirəcəyi gözlənilirdi.