19 May 2015 01:20
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının silahlılarının ətrafa nizamsız atəş açması nəticəsində azı 15 nəfər ölüb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Ər-Ramadi şəhərinin ələ keçirilməsini qeyd edirmişlər.

İnsident zamanı dördü uşaq, ikisi qadın olmaqla 8 nəfər xəsarət alıb. Yaralananlar dərman çatışmamazlığından əziyyət çəkən Mosul şəhər xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib


Müəllif:

Oxşar xəbərlər