19 May 2015 20:12
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danışılmış futbol oyunlarınin arxasında Ndranqeta mafiyası dayanıb. İtaliya polisi mafiyanın geniş beynəlxalq şəbəkəsini və onun futbol aləminə daxil olmasını aşkarlayıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkədə keçirilən xüsusi əməliyyat nəticəsində 50 nəfər saxlanılıb. Onların içərisində aşağı futbol liqasının və üçüncü divizionun (D seriyası) 30-dək klubunun məşqçiləri, oyunçuları və idarəçiləri də yer alır. Onların hamısı danışılmış oyunların təşkilində ittiham olunur. Bundan başqa, daha 70 nəfər barəsində təhqiqat aparılır.

Kalabriya əyalətinin Katanzaro şəhər prokurorluğunun nümayəndələrinin sözlərinə görə, mərc gedişlərinin təşkili üzrə cinayətkar şəbəkə İtaliyanın sərhədləri xaricində də fəaliyyət göstərib və nəinki futbola, həmçinin digər idman növlərinə sirayət edib. Hazırda müstəntiqlərin əlində mafiyanın Balkan ölkələri, həmçinin Çinin cinayətkar qruplaşmaları ilə əlaqələrinə dair sübutlar var.

İtaliyanın cənubunda – Siciliya adası ilə qonşuluqda yerləşən Kalabriya İtaliyanın ən kasıb əyalətlərindən biridir. Nəhəng cinayətkar qruplaşma olan Ndranqetanın nüfuzu məhz bununla bağlıdır. Narkotik və radioaktiv maddələrin ticarəti, qumar oyunu, tikinti, restoran və pərakəndə satış biznesinə nəzarət sayəsində qruplaşmanın 2007-ci ildə əldə etdiyi gəlir 47 milyard avro həcmində qiymətləndirilib.


Müəllif:

Oxşar xəbərlər