Yaponiya hökuməti “Shikoku Electrik Power” (SEPCO) şirkətinin operatoru olduğu “İkata” atom elektrik stansiyasında (AES) reaktorun fəaliyyətinin bərpasına icazə verib. Bu, Atom Energetikasına Nəzarət Komitəsinin müvafiq yoxlamalardan sonra fəaliyyətinin bərpasına icazə verdiyi üçüncü AES-dir.
Hökumət komitəsinin mütəxəssisləri hərtərəfli yoxlamalardan sonra belə qənaətə gəliblər ki, AES-in üçüncü enerji bloku daha da ciddiləşdirilmiş təhlükəsizlik qaydalarının tələblərinə tamamilə cavab verir. Buraya güclü zəlzələlər və nəhəng sunamilər də daxil olmaqla müxtəlif hadisələr və təbii fəlakətlər daxildir. “İkata” AES Ehim prefekturasında yerləşir. Onun üçüncü blokunun ümumi gücü 890 meqavata bərabərdir.
Bu, müvafiq komitənin fəaliyyətinin bərpasına icazə verdiyi üçüncü atom reaktoru olsa da, operator şirkət onu yenidən işə salmaq üçün yerli hakimiyyət orqanlarının və əhalinin də razılığını almalıdır.