21 May 2015 08:06
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada internat məktəbinin müəllimi şagirdlərin gözü qarşısında dağsiçanını öldürərək yeyib.

Adı açıqlanmayan 44 yaşlı kişi müəllim şagirdlərinə həyatın dəyərini başa salmaq üçün belə addım atdığını bildirib.

Müəllim bu qərara bəzi uşaqların heyvanları incitdiyini bildikdən sonra gəlib.

"The Korea Times"ın məlumatına əsasən, həmin vaxt dərsdə iştirak edən şagirdlərin valideynləri müəllimdən polisə şikayət ediblər. Onun barəsində uşaqlara qarşı sərt davranışa görə iş qaldırılıb.

Müəllim öz həmkarlarından, uşaqlardan və onların valideynlərindən hadisəyə görə üzr istəyib.

/Trend.az/


Müəllif:

Oxşar xəbərlər