21 May 2015 14:42
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti 2011-ci ildə Pakistanda “Əl-Qaidə” terror təşkilatının lideri Bin Laden qətlə yetirilərkən əldə edilmiş bir sıra sənədləri açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sənədlərin açıqlanması qərarı prezidentin milli təhlükəsizlik məsələsi ilə bağlı şəffaflığın artılması çağırışlarına uyğun olaraq verilib.

Sənədlərə Bin Laden ailəsinin şəxsi yazışmaları, ingilis dilində bir neçə kitab, araşdırma mərkəzlərinin tədqiqatları, texniki təlimatlar və terror qrupu tərəfindən nəşr edilmiş bir sıra materiallar daxildir.

Daim gizlənən və ehtiyat edən Bin Ladenin həyatının son illərində inkişaf etmiş texnologiyalar vasitəsilə tapılacağı və öldürüləcəyi qorxusu ilə yaşadığı deyilir. O, ailə üzvlərinə ünvanladığı məktubda ABŞ agentlərinin onu tapmasına yol verməmək üçün göstərişlər verib.

Bin Laden İrandan qayıdan arvadına yazdığı məktubda onu ehtiyatlı olmağa çağırıb: “Hər şeyi orada qoyub gəl, iranlılara etibar etmək olmaz, onlar sənin özünlə götürəcəyin əşyaların arasında dinləmə qurğusu yerləşdirə bilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər