Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya təyyarələri Yəmənin şimalında Xadca əyalətində UNİSEF-in ofisinə zərbə endirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı tələfatla bağlı məlumat verilmir.
Bundan başqa Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində silahlı qrupla yerli qüvvələr arasında toqquşmalar yaşanıb. Hadisə zamanı Səudiyyənin 10 əsgərinin həyatını itirdiyi açıqlanıb.
Samir